İstehsalat

Azərbaycan sənayesi üçün inşaat sahəsinin tələb etdiyi yüksək keyfiyyətli poliuretan izolyasiya panelləri Bakıda, son texnologiyalarla təchiz edilmiş fabrikdə istehsal olunur. İllik 1.5 milyon m2 istehsal gücü və 6 mt/dəqiqə sürətli fasiləsiz istehsal texnologiyasına sahib olan istehsal xətti İtaliyadan gətirilmişdir. Eyni zamanda panellər beynəlxalq keyfiyyət düşüncəsinə sahib ixtisaslı mütəxəssislərin nəzarəti ilə istehsal olunur. Panellərin 3 və 5 təpəli dam, örtülü vintü fasad və soyuducu anbar tikintisi üçün nəzərdə tutulan növləri istehsal olunur.

Panellərin qalınlığı 40-80 mm, sıxlığı isə 40-42kq/m3 təşkil edir. Şirkətimizdə həmçinin yanmayan panellər də istehsal edilir. Məhsullarımızın istehsalında dünya standartlarına cavab verən xammallardan istifadə olunur. Panelin quraşdırılmasında istifadə olunan aksesuarlar bunun üçün xüsusi olaraq Almaniyadan gətirilmiş bükmə maşınlarında hazırlanır. Məqsədimiz sadəcə Azərbaycanda xidmət göstərmək deyil, həmçinin dünya standartlarına cavab verən istehsal sahəmizdə hazırlanan yüksək keyfiyyətli məhsullarımızın ixracını həyata keçirməkvə davamlı olaraq satmaqdır.

Gips və gips əsaslı "Pacific" inşaat materialları istehsal edən "Gilan" MMC Goranboy Gips zavodunun təməli, Goranboy rayonu ərazisində böyük miqyaslı gips yataqlarının mövcudluğundan eləcə də Goranboy rayonunun həmçinin ətraf yaxın rayon və şəhərlərin əhalisinin arasında işsizliyin aradan qaldırılması və əhalinin rifahının yüksəldilməsi məqsədi ilə 2005 - ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin iştirakı ilə məhz bu rayonda açılmışdır.

Ümumi sahəsi 10ha qapalı ərazini əhatə etməklə 2007-ci ildə Dünyanın qabaqcıl avtomatlaşdırılmış idarəetmə texnologiyası əsasında yenidən quraşdırıldığı üçün, əl əməyindən az istifadə olunaraq burada işləyən işçilərin tam təhlükəsiz işləmələrini və ətraf mühitin qorunmasını təmin edərək ildə təxminən 300 min ton yüksək keyfiyyətli və dünya standartlarına uyğun gips və gips əsaslı quru qarışıqlar istehsal etmə qabiliyyətinə malik olmaqla yanaşı'Gipskarton zavodunu gipslə təmin etməklə Qafqazın ən böyük gips əsaslı inşaat məhsulları istehsal edən zavodlarından biri olmuşdur.

Gips və gips əsaslı "Pacific" quru qarışıqların istehsal edilməsində istifadə edilən gips mineralının tərkibi Rusiya, Türkiyə və Almaniyanın aparıcı laboratoriyalarında öyrənilmiş və yüksək keyfiyyətə malik olduğu aşkar edilmişdir. "Pacific" məhsulların keyfiyyət analizi zavodun dünya standartlarına cavab verən avadanlıqlar ilə təchiz edilən uyğunluq sertifikatı almış laboratoriyasında aparılır və nəticədə satışa ancaq keyfiyyətli mallar buraxılır.