Korporativ Sosial Məsuliyyət

Qərbdə kifayət qədər mühüm hesab edilən Korporativ Sosial Məsuliyyət və Sosial marketinq konsepsiyaları Pacific şirkətinin də fəaliyyətinin ayrılmaz tərkib hissəsidir!  Hər bir nüfuzlu və təqdim etdiyi məhsulların istehlakçının sağlamlığına xidmət etməsini düşünən müəssisələrdə olduğu kimi Pacific şirkətində Korporativ Sosial Məsuliyyət (KSM) öhdəliyi mühüm şərtlərdən biri kimi müəyyən edilmişdir.  

Şirkət təkcə insanları yüksək standartlara cavab verən tikinti məhsulları ilə təmin etmir, həm də Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə xeyli sayda iş yerləri yaradır və ölkə üzrə işsizliyin azalmasında iştirak edir. Pacific şirkəti ictimayyətə qarşı münasibəti, qarşısına qoyduğu missiya ilə bərabər öz işçi heyətinin iş və həyat şəraitini yaxşılaşdırmaq, imkanlarından maksimum yararlanmaqla fəaliyyət göstərdiyi cəmiyyətə fayda vermək və iqtisadi inkişafı təşviq etmək kimi sosial öhdəlikləri nəzərdə tutur.

Dünyanın bir çox aparıcı şirkətlərində olduğu kimi işçi heyəti – bizim ən vacib resursumuzdur. Pacific şirkəti elə bir işçi mühiti formlaşdırmışdır ki, həmin mühit yüksək ixtisaslı mütəxəssisləri özünə cəlb edərək, onların motivasiyasını artırır və davamalı olaraq inkişaf etdirir. Şirkətin işçi mühiti münaqişədən kənar siyasətin formalaşdırdığı işçi hüquqları, sağlamlıq və təhlükəsizlik, karyera imkanları, yüksək etik normalar və peşəkarlığı stimullaşdıran mexanizmlə idarə olunur. Bu da təbii ki, Korporativ Sosial Məsuliyyət fəaliyyətinin düzgün inkişaf istiqamətində olduğunu göstərir.

Pacific şirkəti öz işçilərininin həyatını yaxşılaşdırmağa yönəlmiş dəyərlər yaradacaq iş mühitini formalaşdırmaq məsuliyyətini özünün sosial öhdəliyi olaraq qəbul etmişdir. Şirkət onun ofislərində çalışmaq üçün bacarığı olan, yaşından, cinsindən, dini baxışlarından, ailə statusundan və təhsilindən asılı olmayaraq ölkə Konstutisiyasında təsbit edilmiş bütün vətəndaşların bərabər işçi hüquqlarını və sosial öhdəlik və məsuliyyətlərinə hörmətlə yanaşır.

Kollektivin böyük bir hissəsi, məsuliyyətli, mehriban, effektli nəticə, yüksək iş bacarığına malik olan ixtisaslaşdırılmış peşəkar işçilərdən təşkil edilmişdir. Pacific şirkətinin  müvəffəqiyyəti və səmərəliliyi işçilərin uğurlu əməyi nəticəsində qurulmuşdur. Təşkilatın uğurlu inkişafı, yüksək səviyyəli işçilərin fəaliyyətindən bilavasitə asılıdır.

Pacific şirkəti istehsal prosesi zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçi həyatının təhlükəsizliyini və rahatlığını hər an nəzarətdə saxlamaqla Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Kodeksinə ciddi əməl edir. Şirkətin işçi heyəti "Azsığorta" şirkəti tərəfindən sığortalanmışdır.   

Pacific şirkəti KSM öhdəliyinin bir hissəsi kimi müəyyən edilən ətraf mühitə maksimum ziyan vurmadan fəaliyyət göstərmək elementinə xüsusi diqqət yetirir. Şirkət ətraf mühitlə bağlı siyasətini və sosial məsuliyyətini öz işçiləri, əməkdaşlıq etdiyi şirkətlər və müştəriləri arasında da təbliğ edir. Pacific şirkəti öz istehsal fəaliyyətini təbii resursların istifadəsini minimuma endirən şəraitdə qurur.