Pacific şirkəti haqqında

"PACİFİC" markası Azərbaycanın ən böyük şirkətlər qrupundan biri olan "GİLAN HOLDİNG" - in iştirakcısıdır.  Azərbaycan sənayesi ücün inşaat sahəsinin tələb etdiyi yüksək keyfiyyətli tikinti materialları istehsal edən bir şirkətdir.

Məqsədimiz sadəcə Azərbaycanda xidmət göstərmək deyil, həmçinin dünya standartlarına cavab verən istehsal sahəmizdə hazırlanan yüksək keyfiyyətli məhsullarımızın ixracını həyata keçirmək və davamlı olaraq sata bilməkdir.

Vəzifəmiz müştərilərimizə uğur qazanmalarını təmin etmək üçün beynəlxalq keyfiyyət standartlarında məhsul istehsal edərək xidmətlər göstərməkdir.  Şirkətin məqsədi ölkə daxilində və xaricində tikinti sahəsində düzgün layihələr, inşaat sahəsində dəyişməni istiqamətləndirən, istifadəçi və işçinin razı qalmasını yüksək səviyyədə tutan, yerli və xarici iş ortaqlarının birinci dərəcədə üstün tutduğu sahədə bir dünyəvi şirkət olmaqdır.

Əsas məqsədimiz Azərbaycanın inkişafında, dünya ilə inteqrasiyasında əhəmiyyətli rol oynayacaq yeni əlaqələri təmin etmək və inşaat materialları texnologiyalarının istifadəsini artırmaq üçün həlli yolları təqdim etməkdir.