İzolir UV

izolir-uv

 

Sement və maye polımer dıspersıya qarışıqlı, ultrabənovşəyı şüalara davamlı, iki komponentli, tam elastiksu izolyasiya materialı.

İZOLİR UV, iki komponentli, akrilik qüwətləndirici tərkibli, betona, kərpicə və digər inşaat materiallanna yeni bir səth yaradan, su keçirməyən, qarışdırılaraq istifadə edilən, sement və maye polimer dispersiya qarışıqlı materialdır. 

Saçlı fırça, rolikvə ya mala ilə asanlıqla vurulur, suya və ultrabənövşəyi şüalara davamlı, tam elastik bir qat yaradır. İZOLİR UV, su yoluyla daşınan duzlara və atmosferdəki qazlara qarşıtəsirgöstərici bir maneə yaradır.

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi Xüsusi sement, mineral dolğular, polimer
Yeni qarışığın istifadə müddəti 2 saat
İstifadə üçün səth temperaturu + 5°C + 25°C
Rəngi
Yapışma müqaviməti 1.50 N/mm2 /td>
Təzyiqli suya davamlılığı 7 bar təzyiqdə keçirmir (2mm qalınlıqda)
Kapilersu çəkicilik <0.1 qr (4 saat sonra)
İstifadə üçün səth temperaturu +5°C +25°C
İstiliya dayanıqlığı -20°C+80°C

►Tətbiq Sahələri

  • Terraslarda, yüngül yük altında üzəri örtülmədən qala bilər.
  • Təməl izolyasiyalannda suyun gəldiyi istiqamətdən.
  • İstinad divarlarında
  • Dartılması mümkün olacaq dəmir-beton konstruksiyalarında
  • Tualet, hamam, mətbəx və eyvan kimi su ilə təmasda olan yerlərdə
  • Üzgüçülük hovuzlarında
  • içməli və istifadə edilən su anbarlarında
  • Dəniz suyu kanallannda
  • Duzlu sulara qarşı su keçirməyən və qorunması lazım olan yerlərdə
  • Beton səthlərin, karbonatlaşma və xlora qarşı qorunmasında
  • Betondan düzəldilən gül qabların izolyasiyasında

► Üstünlükləri

  • 1 mm qalınlıqdakı İZOlİR UV karbonatlaşmaya qarşı 80 mm qalınlıqdakı betona bərabər qorumanı təmin edir. 
  • Su keçirməz, 7 bar su təzyiqinə davamlıdır. Yüksək yapışma xüsusiyyətinə malikdir. Hazırlanması və istifadəsi asandır Fırça və ya püskürmə aparatı ilə vurulur. 
  • İstifadə müddəti uzundur. 
  • Ağ rəngdədirvə ultra bənövşəyi şüalara davamlıdır.
  • Yüngül piyada hərəkətinə davamlıdır. 
  • Su keçirməməzlik xüsusiyyəti olsa da su buxarı keçirmə xüsusiyyətinə malikdir. 
  • Davamlılığı yüksəkdir, donma-ərimə dövrünə davamlıdır. 
  • Atmosferşərtlərindəki karbondioksid və xlora qarşı davamlıdır. 
  • Ənənəvi su izolyasiya materialları üçün, tətbiq ediləcək səthlərdə 7-28 gün gözləmək lazım gələrkən , İZOlİR UV 24 saatlıq yeni betonun üzərinə vurula bilər. 
  • İçməli su anbarlarında tətbiq oluna bilər.

► Səth Hazırlığı
Bütün örtük sistemlərində olduğu kimi, səthin hazırlanması birinci dərəcəlidir. Səth, yapışmanı zəiflədəcək maneələrdən, hər növ gres [sürtgü yağı), yağ, toz, kür kimi qalıqlardan tökülmə zamanı əmələ gələn kimyəvi maddələrdən yaxşıca təmizlənməlidir. Səthdəki zibillərin yüngülcə hava və ya su püskürülməklə təmizlənməsi məsləhətdir. Kiçik sahə üçün dəmir tellİ fırçadan istifadə etmək məqsədəuyğundur. Korlanmış beton, düzgün betona qədər açılmalı və uyğun olan sement əsaslı təmir qanşığı (harçı) İlə təmir edilməlidir. Tətbiqə başlamazdan əwəl ənənəvi kür materialları təmizlənməlidir. Dam kirəmitləri vurul-madan əwəl sıx yerləşdirilməlİ və sabitlənməlidir.

► Qarışdırma
İZOlİR UV, qarışığa hazır miqdarda qablaşdırılmışdır. Bu komponentlər istifadə ediləcəyi yerdə, təmiz qab içində qarışdırılmalıdır. Toz komponenti mayeyə yavaşca əlavə edib, uyğun pərli mikserlə astaca qarışdırmaq lazımdır. Qarışıq 1 saat ərzində istifadə edəcəyinizdən çox miqdarda olmamalıdır.

► Qarışıq Nisbəti
İZOlİR UV komponent A (toz) 25 kq İZOlİR UV komponent B (maye) 8 kq Qarışığın qatılığı 1.8 kq/lt

► Tətbiq Qaydası
[Quru beton səthlərə vurulmamalı)Beton səthlər təmiz su İlə isladılmalıdır. Nəmlİlİk gözlə görünənə kimi isladılmalı, ancaq su gölməçələri meydana gəlməməlidir. Bir kiçik saçlı fırça və ya roliklə vurula bilər. lazım gəldikdə mala ilə suvana bilər. 6-10 mm-lik çuxur, məsamə və.s üçün daha az qarışıq mayesi istifadə edərək, istənilən qatılıq əldə edilər. Çox örtüyə ehtiyac olduqda, istənilən qalınlığı əldə etmək üçün, hər bir qatı vurmadan əwəl, ondan əwəlki qatın qurumasını gözləmək lazımdır. Ümumiyyətlə, səth təkrar olaraq qatlarla örtülərsə, hər qatın ən azı 1mm olması məsləhət görülür. Böyük sahələr üçün tətbiq püskürtmə yolu ilə edilə bilər.

► Su Təzyiqinin Təsiri
İZOlİR UV, su keçirməz, qoruyucu bir təbəqə yaradır və 7 bar su təzyiqinə (70 metr hündürlükdəki su təzyiqi) qarşı davamlıdır. İZOlİR UV -nin su təzyiqinə müqavimət dərəcəsi, örtülmənin qalınlığından asılıdır. Bu tətbiq nisbətləri daim su təzyiqi şərtlərinə uyğundur. Təzyiq-tətbiq nisbəti 3 bar 4 kq/m2, 7 bar 6 kq/m2. Sərfiyyat 1 mm. quru qalınlıq əldə etmək üçün 1.8 kq/m2-dır.

► Sərfiyyat
1- ciqat 1.5kq/m2
2- ci qat 1.5kq/m2
3- cüqat 1.0kq/m2

► Saxlama Şərti
Açılmamış orijinal qablaşmada, sərin və quru şəraitdə saxlanmalıdır.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 1 İldir.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək, maska və eynəkdən istifadə edilməlidir. Anbarda vəya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə müraciət edilməlidir. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlan-malıdır.

► Cavabdehlik
Bu kataloq nəzəri və praktik bilgilərimizə əsaslanaraq hazırlanıb. Pacific Yapı Kimyasalları MMC sadəcə məhsulun keyfiyyətinə cavab-dehlik daşıyır. Məhsulun harada, necə istifadə ediləcəyi ilə əlaqəli yazılı təkliflər xaricində və ya xətalı istifadələrdən yaranan nəticələrə şirkətimiz cavabdehlik daşımır.