Serbond

serbond

Sement Əsaslı Kafel və Keramika Yapışdırıcısı. SERBOND Sement əsaslı, xarici və daxili məkanlarda istifadə olunan kafelvə keramika yapışdıncısıdır.

Tətbiq Sahələri

  • Daxili və xarici məkanlarda
  • Şaquli və üfüqi səthlərdə
  • Binanın ağır şərtlərinə məruz qalmayacaq yerlərdə (mətbəx.hamam, dəhlizlərdə) rahatlıqla istifadə oluna bilər

Üstünlükləri

  • Yalnız su ilə qarışır
  • istifadə müddəti uzundur
  • Rahatlıqla istifadə olunur
  • Sürüşmə baş vermir
  • Yapışması möhkəmdir

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi Xüsusi sement, mineral dolğular,polimervə qatqılar
Rəngi Boz
Yapışma müqavimati > 0.5 N/mm2
Aralıq doldurma müddəti 24 saat
Tətbiq qalınlığı max. 8 mm
İstifadə qalınlığı 3-6 mm
Qarışıq halda istifadə müddəti 2 saat
Səthdə istifadə müddəti 20 dəq

► Səth Hazırlığı
Tətbiq olunan sahənin tozsuz, təmiz və düz olmasına diqqət yetiril-məlidir. Səth, yapışmanı zəiflədən maneələrdən təmizlənməlidir. Tə-mirə ehtiyac olan sahələr 1 gün əwəl PASKRET təmir qarışığı (har-çı) ilə təmir edilməlidir. Səth temperaturu 20°C dən çox olarsa, səth mütləq nəmləndirilməlidir.

► Qarışdırma
Göstərilən miqdarda su təmiz bir qaba doldurulur. SERBOND kisəsi açılır, suyun üzərinə yavaş-yavaş əlavə edilərək, 400-600 dövr/dəq-lik mikserlə 3-4 dəq, homogen hal alana qədər qarışdırılır. 3 dəq fasilə etdikdən sonra, yenidən 1 dəq qarışdırılaraq istifadəyə hazırlanır. Qarışığın içində kürəciklər qalmamalıdır.

► Qarışıq Nisbəti
Ikq SERBOND üçün 270 qrsu. Qarışığın qatılığı 1.60 kq/litr-dir.

► Tətbiq Qaydası
Malanın düz tərəfi ilə 1 mm qalınlıqda səthə vurulur, bu təbəqə quru-madan qarışıq malanın daraqlı tərəfi İlə bərabər formada olaraq tətbiq olunur və dərhal yapışdırma işinə başlanılır. Eni 15 sm və qalınlığı 6 mm dən çox olan materialların (kafel, metlax və. s) yapışdırılacaq tə-rəfinə malanın düz tərəfi ilə 1 mm qalınlıqda SERBOND yapışdırıcısının çəkilməsi tövsiyyə edilir. Bu tətbiqin xüsusən xarici məkanlarda temperatur dəyişikliyinin yüksək olduğu iqlimlərdə edilməsi vacibdir. Bu tətbiq sayəsində istifadə olunacaq materialın yapışacaq hissəsi tamamən qarışıq ilə bağlanmış olacaq.

► Qablaşdırma
25 kq- lıq polietilen tərkibli kağız kisə

► Sərfiyyat
istifadə olunacaq malanın daraq qalınlığına uyğun olaraq 3.5-6 kq/m! arasında dəyişə bilər.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərində istehsal tarixindən etibarən 12 aydır. Açılmış torbalar ağzı bağlı şəkildə anbarlanaraq 7 gün ərzində istifadə olunmalıdır.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə müraciət edilməlidir. Qida məhsullan material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlanmalıdır.