Paskret T / Paskret F

paskret-t paskret-f

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi Sement, mineral dolğular, polimer, lif
Rəngi Boz
Təzyiqə müqaviməti 7 gün) 5 N/mm2 | 28gün 10N/mm2
Tətbiq qalınlığı 5mm-30mm
İstiyə dayanıqlığı -20°C +80°C

Sement əsaslı, yüksək müqavimətli, möhkəmləndirici / polimerli, tək komponentli təmir qarışığı (harçı). Sement əsaslı, yüksək müqavimətli, möhkəmləndirici polimerli, tək komponentli təmir qanşığı (harçı).

► Tətbiq Sahələri

  • Hər növ betonların səth təmirlərində və ya səth düzəltmələrində
  • Divar və tavanlann təmir işlərində və suvanmasında
  • Su izolyasiyasından əwəl suvaq və zəy təmirində
  • Kafel və keramika tətbiqindən əwəl səth təmirində

► Üstünlükləri

  • Yalnız su ilə qarışır, asan vurulur.
  • Bütün beton səthlərə vurula bilər
  • Astara gərək olmaz
  • Büzüşmə yaratmır (rötre]
  • Sürətlə müqavimət alır
  • Yüksək yapışma müqavimətinə malikdir.

► Səth Hazırlığı
Təmir ediləcək səth təmiz, tozsuz və hər cür maneələrdən təmizlənmiş olmalıdır. Təmir ediləcək hissənin dərinliyi 30 mm-dən çox olan yerlərdə PASKRET ST 100 TXtətbiq olunmalıdır. Tətbiq olunacaq sahə yüngülcə su ilə isladılmalıdır.

► Qarışdırma
Göstərilən miqdarda təmiz su təmiz bir qaba doldurulur. PASKRET T kisəsi açılır, suyun üzərinə yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəq-lik mikserlə 4 dəq. homogen olana qədər qarışdırılır. Qanşdırıldıqdan sonra kürəciklərin qalmamasına diqqət etmək lazım-dır. 3 dəq. fasilə etdikdən sonra, yenidən 30 san. qarışdınlaraq istifadəyə hazırolur.

► Qarışıq Nisbəti
1 kq PASKRET T üçün 220 qr su istifadə olunmalıdır. Qarışığın qatılığ 1.9 kq/litr-dir.

► Tətbiq Qaydası
Qarışıq haldakı material 5-30 mm qalınlıq arasında bir dəfədən mala ilə vurulur. Qarışıq özünü çəkəndən sonra, səthə su səpilir və səth süngər, taxta və ya dəmir mala vasitəsilə düzəldilir. Material +20°C temperaturda qabın içində 30 dəq istifadə olunacaq halda qala bilər. Temperatur yüksəldikdə bu müddət sürətlə azalar. Material qarış-dırıldıqdan sonra dərhal vurulmalıdır.

► Qablaşdırma
20 kq-lıq polietilen tərkibli kağız kisə.

► Sərfiyyat
1 sm qalınlıq əldə etmək üçün 15 kq/m2 toz məhsulu istifadə olunmalıdır.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 12 aydır. Açılmış torbalar ağzı bağlı şəkildə saxlanaraq 7 gün ərzində istifadə olunmalıdır.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə mü-raciət edilməlidir. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlanmalıdır.

► CavabdehlikBu kataloq nəzəri və praktik bilgilərimizə əsaslanaraq hazırlanıb. Pacific Yapı Kimyasalları MMC sadəcə məhsulun keyfiyyətinə cavabdehlik daşıyır. Məhsulun harada, necə istifadə ediləcəyi İlə əlaqəli yazılı təküflər xaricində və ya xətalı istifadələrdən yaranan nəticələrə şirkətimiz cavabdehlik daşımır.