Paraflex

paraflex

Sement və polimer dispersiya kombinasiyalı, yüksək keyfiyyətli, elastik, kafel, qranit, mərmər, təbii daş, preslənmiş kərpic, şüşə mozaika yapışdırıcısı. Paraflex, sement və polimer əsaslı, elastik, hər cür iqlim şərtlərinə uyğun, uzun ömürlü bir yapışdırıcıdır.

Tətbiq Sahələri

  • Xarici və daxili məkanlarda
  • Şaquli və üfüqi səthlərdə
  • Kafel, keramika, mərmər, təbii daş, preslənmiş kərpic, şüşə mozaika kimi materialların sement əsaslı səthlərə yapışdırılmasında
  • Kafel, keramika, mərmər, təbii daş, preslənmiş kərpic, şüşə mozaika kimi materialların, astarlanması başa çatdıqdan sonra alçıpan, karton lövhə, alçı, istilik izolyasiya lövhələri üzərinə yapışdırılmasında
  • Üzgüçülük hovuzu, hamam, su anbarı, sənaye döşəmələrində, soyuq hava kameralarının yapışdırma işlərində
  • Binanın xarici məkanlarının örtülmə işlərində və təmir işlərində keramikanın üzərinə keramika yapışdırmada istifadə olunur

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi Xüsusi sement, mineral dolğular, polimervə qatqılar
Rəngi Boz
Yapışma müqavimati 1.7N/mm2
Aralıq doldurma müddəti 24 saat
Tətbiq qalınlığı max. 8 mm
Qarışıq halda istifadə müddəti 2 saat
Səthdə istifadə müddəti 20 dəq

► Üstünlükləri

  • Yalnız su İlə qarışır
  • istifadə müddəti uzundur
  • Istifadəsi asandır
  • Elastikdir, titrəmələrdən təsirlənmir
  • Büzüşmə yaratmır
  • Temperatur fərqlərindən yaranan səth genişlənmələrinə uyğun olub, təsirlənmir

► Səth Hazırlığı
Sement Əsaslı Səthlər
Tətbiq olunacaq səth təmiz, tozsuz, hər cür maneələrdən təmizlənmiş və düz olmaüdır. Təmirə ehtiyac olan yerlər ən gec 1 gün əwəl Paskret təmir qarışıqları (harçları) İlə təmir edilməlidir. Səth temperaturu 20°C-dən çox olarsa, səth yüngülcə isladılmalıdır.

Su çəkiciliyi yüksək olan qazbeton, alçı suvağı, karton lövhəsi, alçıpan, əhənglİ suvaq səthlərə vurulmadan əwəl Primer A astar olaraq 1/1 su ilə qarışdırılaraq səthə vurulur. Astar vurulduqdan 2U saat sonra yapışdırma işinə başlana bilər.

►Qarışdırma

Göstərilən miqdarda təmiz su təmiz bir qaba doldurulur. Paraflex kisəsi açılır, suyun üzərinə yavaş yavaş əlavə edilərək 400-600 dövr/dəq-lik mikserlə 3-4 dəq homogen olana qədər qarışdırılır. Bu zaman qarışığın içində kürəciklərin qalmamasına diqqət etmək la-zımdır. 3 dəq fasilə etdikdən sonra, yenidən 1 dəq qarışdırılaraq istifadəyə hazır olur.

► Qarısıq Nisbəti
1 kq Paraflex üçün 280 ml su. Qarışığın qatılığı 1.57 kq/lt-dir.

► Tətbiq Qaydası
Malanın düz tərəfi ilə Imm qalınlığında Paraflex səthə vurulur, bu təbəqə qurumadan qarışıq malanın daraqlı tərəfi ilə bərabərformada tətbiq olunurvə dərhalyapışdırma işinə başlanılır. Eni 15 sm vəqalınlığı 6 mm dən çox olan materialların yapışdırılacaq tərəfinə malanın düz tərəfi İlə 1mm qalınlığında Paraflexyapışdırıcısının çəkilməsi tövsiyyə edilir. Bu tətbiqin xüsusən xarici məkanlarda, temperatur dəyişikliyinin yüksək olduğu iqlimlərdə edilməsi vacibdir. Bu tətbiq sayəsində istifadə olunacaq materialın yapışacaq hissəsi tamamilə qarışıqla bağlanmış olacaq.

► Qablaşdırma
25 kq-lıq polietilen tərkibli kağız kisə.

► Sərfiyyat
İstifadə olunacaq mala darağının qalınlığına uyğun olaraq 3.5- 6 kq/m2 arasında dəyişə bilər.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 12 aydır. Açılmış torbalar ağzı bağlı şəkildə saxlanaraq 7 gün ərzində istifadə olunmalıdır.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə mü-raciət edilməlidir. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlanmalıdır.

► Cavabdehlik
Bu kataloq nəzəri və praktik bilgilərimizə əsaslanaraq hazırlanıb. Pacific Yapı Kimyasalları MMC sadəcə məhsulun keyfiyyətinə cavabdehlik daşıyır. Məhsulun harada, necə istifadə ediləcəyi İlə əlaqəli yazılı təkliflər xaricində və ya xətalı istifadələrdən yaranan nəticələrə şirkətimiz cavabdehlik daşımır.