Flexar

flexar

Kafel və keramikalar üçün sement əsaslı, yüksək keyfiyyətli. aralıq doldurucu.FLEXAR, temperatur fərqlərindən, sudan və titrəmələrdən təsirlənməyən, sement əsaslı kafel, keramika, qranit kimi materialların aralıq doldurucusudur.

Tətbiq Sahələri
  • Hər növ binaların xarici və daxili məkanlarında
  • Otel, xəstəxana və ticarət mərkəzlərində
  • Binanın su ilə təmasda olduğu sahələrdə
  • Hər növ dekorativ istifadələrdə
Üstünlükləri
  • Yalnız su ilə qarışır
  • 2-8 mm aralıqlarda
  • Çatlamır
  • Solmur
  • Yüksək dayanıqlıdır
  • Su keçirmir
  • Gec çirklənir və asanlıqla təmizlənir

 

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi sement, mineral dolğular ve polimer
Rəngi Beyaz, Gri, Krem, Şampan, Bahamabej, Manhattan, Anemon, Karamel, Magnolia, Evergreen, Balibraun Mittelbraun, Siyah, Cotto
Təzyiqə müqaviməti 16 N /mm2
Əyilmə müqaviməti 4N/mm2
İstifadə müddəti 1 saat
İstiyə dayanıqlığı -20°C +80°C

► Səth Hazııiığı
Yapışdınlacaq materiaüar arasında maksimum 8 mm məsafə buraxılaraq döşənməlidir. Yapışdırıcının kifayət qədər bərkiməsi üçün 48 saat gözləmək lazımdır. Aralıqlardakı qarışıq qalıqları təmizlənərək boşaldılmalıdır. Yapışdırılan material su çəkiciliyinə malikdirsə və ya proses isti, küləkli şəraitdə baş verirsə, aralıqlar islaq süngərlə nəmləndirilməlidir.

► Qarışdırma
Göstərilən miqdarda təmiz su təmiz bir qaba doldurulur. FlEXAR kisəsi açılır, suyun üzərinə yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəq-lik mikserlə 4 dəq.homogen olana qədər qarışdırılır. Qarışdırıldıqdan sonra kürəciklərin qalmamasına diqqət yetirmək lazımdır. 30 san. fasilə etdikdən sonra, yenidən 1 dəq. qarışdırılaraq istifadəyə hazır olur. Su nisbəti və qarışdırma yazılanlara uyğun olmazsa, arzu olunmayan rəng fərqliliyi yarana bilər.

► Qarışıq Nisbəti
1 kq FlEXAR üçün 0,32 litr su istifadə olunmalıdır. 10 kq-lıq bir kisə üçün 3,2 litrsu kifayətdir. Qarışığın qatılığı 1,8 kq/litr-dir.

► Tətbiq Qaydası
Qarışıq sərt süngər mala və ya kauçuk mala ilə aralıqlara dioqanal hərəkətlərlə doldurulur. Həddən artıq isti havalarda və su çəkici səth-lərdə qarışıq (aralıq doldurucu) tərkibindəki suyu tez itirdiyindən səthdə çatların yaranmasına səbəb ola bilər. Bunun üçün tətbiqə başlamazdan aralıqların səthi islaq süngər vasitəsilə yüngülcə nəmləndirilməlidir. 

Qurumaqda olan material barmaqla basdıqda deformasiyaya uğra-mayacaq vəziyyətə gəldiyi zaman, aralıqların səthi yenidən islaq süngərlə nəmləndirilərək son hala gətirilir. Yapışdırılan materiallann üzərində olan artıqlar təmizlənməlidir. Tətbiq zamanı göstərilənlərə uyğun miqdarda su sərfiyyatı olmazsa, aralıq doldurucunun müxtəlif rənglər almasına səbəb ola bilər. Buna görə də su göstərilən miqdarda sərf olunmalıdır. Həddən artıq istifadə olunan su materialı zəiflətdiyinə görə toz halında tökülmələrə və çatlamalara gətirib çıxara bilər.

► Qablaşdırma
10 kq-lıq polietilen tərkibli kağız kisə.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 12 aydır. Açılmış torbalar ağzı bağlı şəkildə saxlanaraq 7 gün ərzində istifadə olunmalıdır.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə müra-ciət edilməlidır. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlanmalıdır.

► Cavabdehlik
Bu kataloq nəzəri və praktik bilgilərimizə əsaslanaraq hazırlanıb. Pacific Yapı Kimyasalları MMC sadəcə məhsulun keyfiyyətinə cavabdehlik daşıyır. Məhsulun harada, necə istifadə ediləcəyi İlə əlaqəli yazılı təklif-lər xaricində və ya xətalı istifadələrdən yaranan nəticələrə şirkətimiz cavabdehlik daşımır.