Bordix S / Bordix Y

bordix-s bordix-y

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi Sement, mineral dolğular, polimer, lif
Rəngi Boz
Təzyiqə müqaviməti 18 N/mm2
Yapışma müqaviməti (betona) 1.5 N/mm2
Yapışma müqaviməti (polystren) 0.2 N/mm2
Tətbiq qalınlığı 3-5 mm

İstilik izolyasiya panellari IXPS-EPSI üçün sement əsaslı suvaq. Sement əsaslı, polimervə inorqanik (qeyri orqanik) qatqılı, möhkəmləndirici lif tərkibli material olub, XPS-EPS kimi istilik izolyasiya panellərinin üzərinə birbaşa çəkilən suvaq materialıdır.

► Tətbiq Sahələri

  • İstilik izolyasiya məqsədilə istifadə olunan XPS-EPS panellərinin üzərinin suvanmasında.
  • Beton və ya köhnəlmiş suvaq səthlərin suvanmasında.

► Üstünlükləri

  • Yalnız su ilə qarışır
  • İstifadəsi asandır
  • Yapışması möhkəmdir
  • İstifadə müddəti uzundur
  • Üzərinə birbaşa boya və ya mineral suvaq vurula bilər
  • Çatlamadan quruyur


► Səth Hazırlığı
Tətbiq olunacaq səth təmiz, tozsuz və hər cür maneələrdən təmizlənmiş olmalıdır. Panellərin mexaniki olaraq dübillənmə işinin bitməsi və panellərin tərpənməməsi vacib şərtlərdəndir.

► Qarışdırma
Göstərilən miqdarda təmiz su təmiz birqaba doldurulur. BORDİXS kisəsi açılır, suyun üzərinə yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəq-lik mikserlə 4 dəq. homogen olana qədər qarışdırılır. 3-4 dəq. fasilə etdikdən sonra, yenidən 1 dəq. qanşdırılaraq istifadəyə hazır olur.

► Qarışıq Nisbəti
1 kq BORDİX S üçün 230 ml-ə qədər su, 20 kq-lıq bir kisə üçün isə 4.6 litrsu kifayət edər. Qarışığın qatılığı 1.87 kq/litr-dir.

► Tətbiq Qaydası
istilik izolyasiya panelləri BORDİX Y İlə yapışdınldıqdan sonra mexaniki olaraq dübillənir. Panel üzərinə 1 qat suvaq vurulduqdan sonra, vurulan bu suvağın (1 -ci qatın) içinə suvaq toru düzgün formada yerləşdirilir. Bunun ardınca dərhal 2-ci qat suvaq vurularaq suvanma prosesi ba-şa çatır. 2-ci qat vurularkən elə etmək lazımdır ki, sonradan suvaq toru görünməsin. Suvaq qalınlığının 3-5 mm olması məsləhət görülür. 3 həftədən artıq boya vurulmadan qalarsa, belə vəziyyətdə boya astarının PARAPRIME UF dərhal vurulmasında fayda var. Vurulacaq astar sayəsində suvaq uzun müddət çatlamadan qalarvə düzgün boya altı üçün hazırlıq işi görülər.
► Qablaşdırma
20 kq-lıq polietilen tərkibli kağız kisə.

► Sərfiyyat
1mm qalınlıq üçün istifadə miqdarı 1.50 kq/m2.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 12 aydır. Açılmış torbalar ağzı bağlı şəkildə saxlanaraq 7 gün ərzində istifadə olunmalıdır.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dər-hal bol su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcili həkimə müraciət edilməlidir. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlanmalıdır.