Ardol GRİ bəyaz

ardol-gri

Keramika və kafellər üçün sement əsaslı aralıq doldurucu. Sement əsaslı, keramika və kafel aralıqları üçün dekorativ aralıq doldurucu materialıdır.

Tətbiq Sahələri

  • Daxili məkanlarda, şaquli və üfüqi səthlərdə
  • Səthə yapışdırılmış keramika və kafellərin aralıqlarının doldurulmasında
  • Yaşayış məkanlarında
  • Ticarət mərkəzlərində
  • Otellərdə istifadə olunur

Üstünlükləri

  • Hazırlanması və istifadəsi asandır
  • Parlaq səthləri cızmır
  • 2-5 mm enlilikdəki aralıqlara uyğundur
  • İstifadə müddəti uzundur

 

Texniki xüsusiyyətlər cədvəli

Materialın tərkibi Mineral dolğular, sintetik qatqılar və xüsusi sement
Rəngi Ağ, gri
Təzyiqə müqaviməti >15N/mm2
Əyilmə müqaviməti >3.5 N/ mm2
Tətbiq olunacaq səthin temperaturu +5°C + 25°C
İstifadə müddəti 2 saat
Üzərində yeriyə bilmə müddəti 24 saat

► Səth Hazırlığı
Yapışdınlacaq materiallar maksimum 5 mm aralıqda məsafə buraxıl-araq döşənməlidir. Yapışdırıcının kifayət qədər bərkiməsi üçürı gözləmək lazımdır. Aralıqlardakı qarışıq qalıqları təmizlənərək boşal-dılmalıdır. Yapışdırılan materialsu çəkiciliyinə malikdirsə vəya proses isti və küləkli şəraitdə baş verirsə, aralıqlar nəm süngərlə isladılmalıdır.

► Qarışdırma
Göstərilən miqdarda təmiz su təmiz bir qaba doldurulur. ARDOl kisəsi açılır, suyun üzərinə yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəq- lik mikserlə 3-5 dəq. homogen olana qədərqanşdınlır. Qarışdınldıqdan sonra kürəciklərin qalmamasına diqqət etmək lazımdır. 3-5 dəq. fasilə etdikdən sonra, yenidən 30 san. qanşdınlaraq istifadəyə hazır olur. Su nisbəti və qarışdırma yazılanlara uyğun olmazsa, arzu olunmayan rəng fərqliliyi yarana bilər.

► Qarışıq Nisbəti
Ikq ARDOl üçün 0,32 litr su istifadə olunmalıdır. 10 kq lıq bir kisə üçün 3,20 litrsu kifayətdir. Qarışığın qatılığı 1.90kq/litr-dir.

► Tətbiq Qaydası
Qarışıq sərt süngər mala və ya kauçuk mala İlə keramikaların üzərinə yayılır və aralıqlara dioqanal hərəkətlərlə doldurulur. Həddən artıq isti havalarda və su çəkici səthlərdə (aralıq doldurucu) tərki-bindəki suyu tez itirdiyindən səthdə çatların yaranmasına səbəb ola bilər. Bunun üçün tətbiqə başlamazdan əwəl aralıqların səthi islaq süngər vasitəsilə yüngülcə nəmləndirilməlidir. Qurumaqda olan material (10-20 dəqiqə sonra) barmaqla basdıqda barmağa bulaşmazsa, aralıqların səthi yenidən islaq süngərlə nəmləndirilərək son hala gətirilir. Yapışdırılan materialların üzərində olan artıqlar təmizlənməlidir. Tətbiq zamanı göstərilənlərə uyğun miqdarda su sərfiyyatı olmazsa, aralıq doldurucunun müxtəlif rənglər almasına səbəb ola bilər. Buna görə də su göstərilən miqdarda sərf olunmalıdır. Həddən artıq istifadə olunan su materialı zəiflətdiyinə görə toz halında tökülmələrə və çatlamalara səbəb ola bilər.

► Alətlərin Təmizlənməsi
İstifadədən sonra alət və avadanlıqlar təmiz su ilə yuyulmalıdır. ARDOl bərkidikdən sonra mexaniki yolla təmizlənə bilər.

► Diqqət Edilməlidir
ARDOltətbiq edilərkən səth və otaq temperaturu +5°C-dən aşağı olarsa, yaxud +25°C-dən yüksək olarsa, uyğun temperaturyaranana qədər gözləmək vacibdir. Bundan əlavə həddən artıq isti.yağışlı vəya küləkli havalarda tətbiq edilməməlidir.
ARDOl qarışığı quruyarsa, qətiyyən əlavə su və ya yeni material qatmaq olmaz.
Həddən artıq su çəkiciliyinə malik olan keramikalar tətbiqdən əwəl nəmlənməlidir.

► Saxlama Müddəti
Düzgün anbarlama şərtlərinə əsasən istehsal tarixindən etibarən 12 aydır. Açılmış torbalar ağzı bağlı şəkildə saxlanaraq 7 gün ərzində istifadə olunmalıdır.

► Təhlükəsizlik Tədbirləri
Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal su və sabunla yuyulmalı, orqanizmə udulduqda təcilİ həkimə müraciət edilməlidir. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalı, uşaqların əlləri çatmayacaq yerlərdə saxlanmalıdır.