Pacific Board XPS Termo İzolyasiya - 32-36 kg/m3

xps

Texniki xüsusiyyətlər cədvəli

Səth xüsusiyyəti Hamar və ya nahamar, kanallı və ya düz (kanalsız)
Kənar profıli Keçirmə və ya düz
İstilik keçirmə əmsalı 0.028 W /m°K
Yanğına müqaviməti B1 sinfı (TS EN 13164)
Sıxlığı 32-36 kg/m3
Təzyiq müqaviməti 200 Kpa
Maksimum istifadə temperaturu +75°C
Uzunluğu 1200 mm
Eni 600 mm
Hündürlüyü 30, 40, 50, 60 mm

PACIFIC BOARD XPS
Homogen məsaməli tərkibə malik, istilik izolyasiya məqsədilə istehsal və bir çox yerlərdə istifadə olunan köpüklü materialdır. Xammalı Polistren olmaqla Ekstrude əməliyyatlı xətt boyu istənilən qalınlıqda çəkilir. İstehsaldan sonra məsaməli arı pətəyinə bənzər quruluş əldə edilir. Daxilində hava olan məsamələr hərtərəfli bir-birinə bağlıdır. Sabit vəziyyətdə olan hava sayəsində material daha da çox istilik izolyasiya xassəsinə malik olur. Xətdən çıxan materialın hamar və ya nahamar olması materialın harada istifadə http://ippp.org/ ediləcəyindən asılıdır.

İstehsal texnologiyası sayəsində arı pətəyi quruluşlu tərkib əldə edilir. Bu tərkib sayəsində Ekstrüde Polistren (XPS) daxilinə su çəkmir, nəmdən təsirlənmir və digər istilik izolyasiya materiaiları ilə müqayisədə əsaslı üstünlük təşkil edir.

► ÜSTÜNLÜKLƏRİ

  • Memar və mühəndislər müxtəlif sahələrdə həm  praktik, həm ekonomik, həm də tətbiq zamanı istilik izolyasiya məqsədilə rahatlıqla istifadə edə bilərlər.
  • Suya qarşı tam müqavimətli, kapilerite sıfır olub, mükəmməl və uzunmüddətli istilik izolyasiya xüsusiyyətinə malikdir.
  • İstilik keçirmə əmsalı digər istilik izolyasiya materialları ilə müqayisədə aşağıdır.
  • Qapalı məsaməli tərkibə malikdir.
  • Su hopma   xüsusiyyəti   olmadığından,   uzun müddətli və azalmayan X istilik keçirmə əmsalına malikdir.
  • Yüksək təzyiq və əyilmə müqavimətinə malik olduğundan zaman keçdikcə qalınlığı azalmır.
  • Tərkibinə su hopmur, su içində də donma- ərimə davamlılığına malikdir.
  • Yüksək elastiklik moduluna və dəyişməyən ölçü xüsusiyyətinə malikdir.
  • Tətbiq sahəsinə uyğun (optimum) buxar diffuziya müqavimətinə malikdir.
  • Digər   plastiklərlə   qarışdırılmamaq   şərtilə   yenidən   istifadə olunması mümkündür.
  • Materiala zərər dəymədən və parçalanmadan hər növ kəsici alətlə kəsilə bilər.

► Mexaniki xüsusiyyətləri
Ekstrüde polistren köpüklərin üstün cəhəti də ondan ibarətdir ki, qısa və uzunmüddətli yükləmələr qarşısında yüksək mexaniki dayanıqlıq göstərir. Bir istilik materialı yük altında ikən təzyiq müqaviməti nə qədər yüksək olarsa, qalınlığındakı azalma da bir o qədər az olur ki, bu da termal müqavimət dəyərini qorumuş olar. Termal müqavimət dəyəri qalınlıq ilə düz mütənasibdir. R = D/A  Ekstrüdə Polistren köpüklər təzyiq müqaviməti yüksək olan materiallardan biridir. Etibarlı olmaları üçün materiallann 10% deformasiyadakı təzyiq müqavimətləri əsasdır. Sıxlıq və XPS materialların ən vacib xüsusiyyətlrindən olan təzyiq/deformasiya müqaviməti arasında bir əlaqə vardır: Sıxlıq artdıqca təzyiq/deformasiya müqaviməti də artır.

► Su Hopma
Su istilik izolyasiya materiallanmn daxilinə keçən zaman onları korladığı kimi, istilik izolyasiyasma da təsir edərək onun keyfıyyətinin aşağı düşməsinə də səbəb olur. Su istiliyi havadan 25 dəfə çox keçirir. Hüceyrə tərkibi sayəsində suya və nəmə qarşı davamlı Ekstrüde Polistren Köpüklər uzun ömürlü və etibarlı nəticə verər. Suyun səbəb olacağı problemlərin yaranmasına yol verməz və izolyasiyamn keyfıyyətini tərkib quruluşu boyu saxlamış olar. Bu xüsusiyyət sayəsində XPS İövhələri daha detallı üstünlüyə malik olur. Bu terras damlarda da tərs terras damlarında olduğu kimi su izolyasiyasım uzun müddət qoruya bilər. Həmçinin xaricdən örtülmə sistemində davamlı xarici iqlim şərtlərinə məruz qaldığı zaman tərkibinə suyu hopdurmadığından və donma- ərimə dövrünə davamlı olduğundan binanın ömrü qədər mövcud olar və izolyasiya keyfiyyətini dəyişməz saxlar.

► Yanğın müqaviməti
Bir materialın yanğın reaksiyası bu materialın alışqan olub-olmadığı, yanan damlalar meydana gətirib-gətirmədiyi və alov müddətinin dərəcəsi ilə təyin olunur. Yanğın müqaviməti materialın yanğın qarşısında tərkibi quruluşunun nə qədər müddət ərzində davam etməsi deməkdir.

► Aşağıdakı parametrlərdən təsirlənir:

  • Yanğım yubadan qatqı nisbəti
  • Şişirtmə qazı alovlanması
  • Test nümunəsi (Qalınlıq)
  • Materialın sıxlığı

XPS istilik izoiyasiya lövhəiəri B1- gec alovlanan sinfə aiddir. Alov qaynağı kəsilməz (davamlı) olarsa, yanma davam edər. Alov qaynağı dayandınlarsa, yanma da dayanar.

► İstilik xüsusiyyətləri
Ekstrüde polistren Köpüklər termoplastik materiallardır. XPS lövhələrinin səth temperaturu davamlı və birbaşa şüalara məruz qalıb, 75°C- ni keçərsə, belə halda onlardan istifadə edilməməlidir. Belə hallarda XPS lövhələrdə yumşalma və düzəlməyən ölçü dəyişikliyi, mexaniki müqavimətdə zəifləmələr yarana bilər. Minimum istifadə temperaturu ~ 50°C olmalıdır.

► Kimyəvi xüsusiyyətləri
XPS istilik izolyasiya lövhələri, solvent (həlledici) ehtiva etməyən bitumlu birləşmələr, su əsaslı taxta örtüklər, kirəc, sement, suvaq, alçı, sement qanşığı, spirt, turşu və əsaslar kimyəvi tərkiblərə qarşı davamlıdır. Bəzi orqanik maddələrdən, həlledici (solvent) tərkibli taxta örtüklər, kömür qətranı və ondan əmələ gələn tərkiblər (aerosol vb.), boya yumşaldıcı həlledici (solvent) və ümumi həlledicilər (aseton, etil spirti, neft ) ağardıcı tərkibli maddəbr XPS lovhələriə birbaşa təmasda olmamalıdır.

XPS lövhələrin ultrabənöşəyi şüalardan təsirlənməməsi üçün uzun müddət birbaşa günəş şüaları altında qalmamalıdır.  XPS lövhələri kif və bakteriya saxlaya və heyvanlar tərəfindən həzm edilə bilməz. XPS lövhəiəri zəhərli və insan sağlığına zərərli deyil.

► Tətbiq Sahələri

  • Damlarda (terras, qurma dam örtüklərində)
  • Divarlarda (daxildən, sandviç və xaricdən)
  • Torpaq altı izolyasiyalarda (zirzəmilərin ara divarında, təməl izolyasiyasında, donmaya qarşı yollarda, hava limanı yollarında, dəmir yolların izolyasiyasında)
  • Bütün binaların döşəmələrində (Döşəmə betonunun altı, üstü, zəy altı və.s) və tikililərdə
  • İstehsalatda, sandviç damlarda və xarici örtük divarlarında, friqorik yük avtomobillərində. soyuq hava kameralarında, fövqəladə hallar üçün təsis edilmiş kameralarda, hərbi xidmət üçün təsis edilmiş binalarda, qapı-pəncərə sistemlərinin şüşəsiz hissələrində, istilik izolyasiyalı sandviç arakəsmə divarlarında, fermalarda istifadə oluna bilər.