Pacific Board XPS Termo İzolyasiya

Homogen məsaməli tərkibə malik, istilik izolyasiya məqsədilə istehsal və bir çox yerlərdə istifadə olunan köpüklü materialdır. Xammalı Polistren olmaqla Ekstrude əməliyyatlı xətt boyu istənilən qalınlıqda çəkilir. İstehsaldan sonra məsaməli arı pətəyinə bənzər quruluş əldə edilir. Daxilində hava olan məsamələr hərtərəfli bir-birinə bağlıdır. Sabit vəziyyətdə olan hava sayəsində material daha da çox istilik izolyasiya xassəsinə malik olur. Xətdən çıxan materialın hamar və ya nahamar olması materialın harada istifadə ediləcəyindən asılıdır.

İstehsal texnologiyası sayəsində arı pətəyi quruluşlu tərkib əldə edilir. Bu tərkib sayəsində Ekstrüde Polistren (XPS) daxilinə su çəkmir, nəmdən təsirlənmir və digər istilik izolyasiya materiaiları ilə müqayisədə əsaslı üstünlük təşkil edir.

Pacific Board XPS

xps-prev-2 xps-prev