Kartonpiyer gipsi

kartonpier

Texniki xüsusiyyətlər cədvəli

Qarışma nisbəti 7 litr suya 10 kq Pacific İnşaat gipsi
Bərkimə zamanı 25 dəq.
Təzyiqin müqaviməti  min. 70 kq f/sm2

Pacific kartonpiyer gipsi dekorativ işlər üçün nəzərdə tutulan lepka və paduqalann hazırlanmasında istifadə edilən bir gipsdir.

► İstifadə sahəsi: Dekorativ tavan və s.

► Paketləmə: Polipropilen laminasiyalı kisə, 30 kq ±2 %

► Saxlama: Paketlənmiş kisələr bağlı olaraq, quru yerdə və palet üzərində saxlanılmalıdır. Saxlama müddəti 1 ildir.

► Üstünlüyü: Çox incədir. Bu səbəbdən istifadə ediləndə qabarıqlıq yaratmaz.

► Məhlulun hazırlanması: Təmiz bir qaba məhlulun miqdarına uyğun su tökülür. Pacific inşaat gipsi su üzərinə səpilir (7 litr suya 10 kq Pacific inşaat gipsi). Pacific inşaat gipsinin su ilə tam qarışması üçün 2-3 dəqiqə gözlənilir. Homogen bir qarışıq əldə etmək üçün mexaniki bir qanşdırıcı ilə qarışdırılmalıdır. Qarışdırmadan sonra əldə edilən məhlul istifadəyə hazırdır.

► İstifadə qaydasi: Hazırlanmış gips məhlul əvvəlcədən qəlib yağı ilə yağlanmış müxtəlif formalı qəliblərə tökülür, Qəliblərin gips məhsulu ilə tam dolmasına və boşluq qalmamasına diqqət yetirilir. Qəlibdən çıxarılan gipsin qırılmaması üçün birinci qat gips töküldükdən sonra şüşə tif səpələnir, sonra ikinci qat gips tökülür və üzəri suvanır. Qəlib tam doldurulduqdan sonra bərkiməyə buraxılır. 25 dəqiqə ərzində məhlul bərkiyir. Bərkidikdən sonra gips qəlibdən çıxarılır və düz səthə qoyulur. Səthin düzlüyünə fikir verilməlidir, əks halda çatlar əmələ gələ bilər. Gipsdən hazırlanmış lepka və paduqaların montaj ışindən əvvəl tamamilə quruması məsləhətdir. Mühit çox quru və isti olarsa montaj http://www.billhobbs.com/ edilməmişdən əvvəl səth nəmləndirilməlidir.