Gipskarton yapışdırıcısı

gips-karton-yap

Texniki xüsusiyyətlər cədvəli

Qarışma nisbəti 5 litr suya 10 kq Pacifıc gips yapışdirıcısı
İstifadə müddəti 60 dəq.
Bərkimə müddəti 90 dəq.
Yapışdırma müqaviməti min. 3 kq/m2

Gipskarton lövhələrinin yapışdırıcısı lövhələrin yapışması üçün istifadə edilən bir Pacific gips yapışdırıcısıdır.

► İstifadə sahəsi: Beton, qazbeton, kərpic və s. tikilmiş divarlarda istifadə olunur.

► Paketləmə: Polipropilen laminasiyalı kisə 30 kq +2 %.

► Saxlama: Paketlənmiş kisələr bağlı olaraq, quru yerdə və palet üzərində saxlanılmalıdır. Saxlama müddəti 1 ildir.

► Üstünlüyü: Müxtəlif qatqılar ilə yapışdırma gücü artırılmışdır. Bərkimədən sonra dayanma gücü artar. Bu yapışdırıcı həcm itgisini ən aza endirən bir Pasific gips yapışdırıcısıdır.

► İstifadə qaydası: İstifadə olunan sahədə minimum istilik +5 °C olmalıdır. Yapışmağa mane olan toz, yağ və başqa maddələr təmizlənməlidir. Suvaq vurulan sahə isti və quru olarsa əvvəl su ilə isladılmalıdır. Yapışdırıcı vurulan səth su, nəm və hava çatışmamazlığına məruz qalmamalıdır.

► Məhlulun hazirlanması: Təmiz bir qaba suvağın miqdarına uyğun su tökülür. Yapışdırma gipsi su üzərinə səpilir (su / suvaq üçün 5 litr suya 10 kq yapışdırma gipsi). Gips ilə suyun qarışması üçün 2 dəqiqə gözlənilir. Homogen bir qarışıq əldə etmək üçün məhlul mexaniki bir qarışdırıcı ilə qarışdırılmalıdır. Qarışdırmadan sonra əldə edilən məhlul istifadəyə hazırdır. Məhlul 60 dəqiqə ərzində istifadə edilməlidir.

 Işləmə qaydasi: Yapışdırma işi divarın küncündən başlanılmalıdır. Bunun üçun gıpskarton lövhələrinin arxa tərəfinə şahmat formasında hər kvadrat metrə 5-8 ədəd olmaq şərti ilə diametri 100mm-lik yapışdırıçı xəmiri yaxılır. Sonra gipskarton lövhəsi dıvara yapışdırılır və əl ilə sıxılaraq hamarlanır. Yadda saxlamaq lazımdır ki, yapışdırma işi başlamamışdan əvvəl və sonra divar səthinin hamarlığı su tərəzisi ilə yoxlanmalıdır.