Aralıq doldurucusu

araliq-dol

Texniki xüsusiyyətlər cədvəli

Qarışma nisbəti 7 litr suya 10 kq Pacific Aralıq doldurucusu
İstifadə müddəti 80 dəq.
Bərkimə müddəti 170 dəq.
Təzyiqin müqaviməti min. 25 kq f/m2
İstifadə miqdarı Asma tavan, 0,2 kq/m2
Kəsmə divar 0,6 kq/m2

Pacific Aralıq doldurucusu xüsusi əlavələrdən ibarət gips əsaslı qarışıqdır.

İstifadə sahəsi: Təbəqələrin arasındakı boşluqları doldurmaq üçün istifadə ofunur. Elastik olduğu üçün aralıqda çatlama yaratmır.

► Paketləmə: Polipropilen laminasiyatı kisə, 30 kq ±2 %

► Saxlama: Paketlənmiş kisələr bağlı olaraq, quru yerdə və palet üzərində saxlanılmalıdır. Saxlama müddəti 1 ildir.

► Üstünlüyü: Xüsusi dağılma qabiliyyəti sayəsində aralıqlarda maniyyə yaratmır və çatlamanın qarşısını alır.

► İstifadə qaydasi: İstifadə olunan mühitin istiliyi minimum +5 °C olmalıdır. İstifadədən əvvəl səthin üzərində yapışmağa mane olan toz, yağ və s. təmizlənməlidir.

► Məhlulun hazirlanmasi: Təmiz bir qaba suvaq miqdarına uyğun su tökülür. Suyun üzərinə Pacifıc aralıq gipsi səpilir. Pacific aralıq doldurucusunun homogen qarışığını əldə etmək üçün suvağı mexaniki bir qarışdırıcı ilə qarşdırılmalıdır. Pacific gips ilə suyun tam qarışması üçün 2 dəqiqə gözləmək lazımdır. Qarışdırıldıqdan sonra əldə edilən suvaq istifadəyə hazırdır. Suvaq 80 dəqiqə ərzində istifadə edilməlidir.

► İşləmə qaydasi: Pacıfıc aralıq doldurucusu gipskarton lövhələrinin birləşmə yerlərinin arasını doldurmaq üçün istifadə edilir. Aralıqlarda sonradan çat və çökmənin əmələ gəlməsinin qarşısını almaq üçün həmin boşluqların üzəri əvvəlcədən suvaq lentası ilə örtülməlidir. Hazırlanmış aralıq doldurucusu polad mata ilə üzərinə basaraq çəkilir. Aralıq doldurucusu birinci qat 10 sm, ikinci qat isə 20 sm, genişliyində yaxılır.