Aqreqatla vurulan suvaq

agregatla

Texniki xüsusiyyətlər cədvəli

Qarışma nisbəti 5.5 litr suya 10 kq aqreqatla vurulan suvaq
İstifadə müddəti 130- 135 dəq.
Yayılma səhəsi 1 litrlik ölçülü qab üçün yayılma 210-235 mm
Bərkimə zamanı 300 -320 dəq.
Əyılmədə çəkmə müqaviməti min. 10 kq f/sm2
Təzyiqin müqaviməti min. 25 kq f/sm2
İstifadə miqdarı 10 mm qalınlıqda 10.5 kq/m2
Suvağın qalınlığı max. 15 mm
İstilik max. 0.35 W/mK

Aqreqata vurulan suvaq istitiyi və səsi keçirtməyən astar suvaqıdır. Istifadə sahəsi: Beton, qazbeton, kərpic və s. üzərinə çəkilir.

Paketləmə: Polipropiten taminasiyalı kisə, 30 kq ±2 %

Saxlama: Paketlənmiş kisələr bağlı olaraq, quru yerdə və palet üzərində saxtanılmalıdır. Saxlama müddəti 1 ildir.

Üstünlüyü: Kimyəvi maddələrədn hazırlandığı üçün kiflənməz və qabarıq olmaz. Tərkibində su olduğundan yanğını gecikdirmə özəlliyinə sahibdir. Aqreqatla daha çox suvaq vurulur və az vaxt alır. Suvaq vurulduqdan sonra parlaq bir səth əldə edilir və qurulduqdan sonra boya çəkilə bitər.

Səthin hazirlanmasi: Suvağın istifadə olunduğu şərait minimum + 5° olmalıdır. Suvaq vurulan səth quru və bərk olmalı, suvağın səthə yapışmasına mane olan toz, yağ və başqa maddələr təmizlənməlidir. Əgər səth quru, isti və suyu çəkmə qabiliyyəti çox olarsa, onda suvaq vurmazdan əvvəl su ilə islatmaq lazımdır. Suvanacaq səthin düzgünlüyü yoxlanılmalıdır.

Məhlulun hazirlanması: Suvaq qatışığı aqreqatın bunkerinə tökülür. Quru qarışığın miqdarına uyğun su hesablanır. Bu zaman 10 kq quru suvaq qarışığına 5,5 litr su nisbəti olması nəzərdə tutulur. Aqreqatdan çıxan hazır məhlul 1 litrtik ölçü qabına tökülür və hamar bir səthə tökülür. Tökülmüş məhlulun diametrinin normaya görə 230-235 mm-ə uyğun olmasına diqqət yetirilir. Məhlul 130-135 dəqiqə ərzində istifadə edilməlidir.

İşləmə qaydasi: Suvaq qatınlığına uyğun divara mayak vurulur və su tərəzisi ilə səviyyəsi düzəldilir. Məhlul mayakın arasına püskürdülür. Artıq məhlul profillə sıyrılıb götürütür. Əgər mayaklar divardan çıxarılarsa, onun yeri suvaqla doldurulur və 10-15 dəqiqədən sonra şpatel ilə səth hamarlanır. Təqribən 30-40 dəqiqədən sonra hamarlanmış səthin üzərinə su çilənir (püskürdülür), 10 dəqiqə gözlədikdən sonra paslanmayan mala itə hamarlanaraq tamamila hamar bir səth əldə edilir.